Pakistan hərbçiləri 30 silahlını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
7 oktyabrda Əfqanıstan sərhədinə yaxın Pakistandakı hərbi karvana hücum edən silahlılardan 30-u pakistan hərbçiləri tərəfindən öldürülüb.
Hücumu Tehreek-e-Taliban Pakistan (TTP) qrupunun üzvləri həyata keçirib.
Pakistan tərəfi həmçinin Hindistanı silahlılara dəstək verməkdə ittiham edib.
Qeyd edək ki, TTP 2007-ci ildə yaradılıb, məqsədi Pakistanda radikal şəriət əsasında İslam dövləti qurmaqdır. 2018-ci ildən lideri Nur Vali Mehsuddur.
Xuraman Etibarlı
İnterpress.az