Gənc tanışlıq saytındakı fotoya bənzəmədiyinə görə qızı DÖYDÜ – FOTObackend

Gənc tanışlıq saytındakı fotoya bənzəmədiyinə görə qızı DÖYDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə gənc tanışlıq saytındakı fotoya bənzəmədiyi üçün qızı döyüb.

İnterpress.az xəbər verir ki, bu barədəUkrayna mediası məlumat yayıb.

Kiyevdə bir gənc tanışlıq saytında tanış olduğu qızı fiziki zorakılığa məruz qoyub.

Polis məlumatına görə, qız internet vasitəsilə tanış olduğu şəxsin evinə görüşə gedib.

Lakin görüş zamanı aralarında mübahisə yaranıb. Gənc pnevmatik tapança ilə qızı başından vurub, ondan 500 qrivna alaraq hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları 22 yaşlı şəxsi qısa müddətdə saxlayıblar. O, törətdiyi hərəkəti “qızın tanışlıq saytındakı fotoya bənzəmədiyi” ilə izah edib.

Hazırda saxlanılan şəxsə qarşı cinayət işi açılıb. Ona 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Xuraman Etibarlı

İnterpress.az