Rusiyada suçiçəyi epidemiyası yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yamalda suçiçəyi halları 67% artıb, Başqırdıstanda isə iki dəfə artaraq 16,500-ə çatıb.
Ufada uşaq bağçaları karantin üçün kütləvi şəkildə bağlanır.
Xəstəlik Altay, Voronej və Orenburq vilayətlərində qeydə alınıb. KİV xəbər verir ki, həm uşaqlar, həm də böyüklər zərər çəkib.
Suçiçəyi peyvəndi iki il əvvəl Milli Peyvənd Cədvəlindən çıxarılıb: Rusiyada istehsal olunmur və xaricdən əldə etmək çox çətindir.
Yerli istehsal peyvəndi 2027-ci ilə qədər mövcud olmayacaq.
Xuraman Etibarlı
İnterpress.az