Çin dünyanı girov saxlayır.
İnterpress.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, Çin maqnitlər və digər nadir metallarla bağlı bazarda inhisar yaratmaqla “dünyanı girov saxlayır”.
O, bu siyasətə cavab olaraq maliyyə tədbirləri görəcəyini və Çin mallarına artırılmış gömrük rüsumları tətbiq edilə biləcəyini açıqlayıb.
Qərar Pekinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq addımına cavab olaraq nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az