Ermənistanda hərbi kəşfiyyat rəisinə yeni müavin təyin olunub.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat Ermənistan prezidentinin saytında dərc olunan fərmanda yer alıb.
Fransadakı keçmiş hərbi attaşe Gevorq Qonyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini təyin edilib.
Digər fərmanla Levon Kasiyan Xüsusi ordu korpusunun qərargah rəisi – komandanın müavini vəzifəsindən azad edilib.
Xuraman Etibarlı
İnterpress.az