Rostov vilayətində 8 yaşlı qız katerin vintinin altına düşərək həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
8 yaşlı məktəbli qız gəmidən suya yıxılıb. Faciə Don çayında, Azov şəhəri yaxınlığında baş verib.
Suya düşən uşaq katerin pərlərinə ilişərək aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
Xuraman Etibarlı
İnterpress.az






