Donald Tramp Ağ Evi QIZILA BÜRÜDÜ – FOTOLARbackend

Donald Tramp Ağ Evi QIZILA BÜRÜDÜ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp Ağ Evi dəbdəbəli görünməsi üçün qızıla bürüyüb.

İnterpress.az xəbər verir ki, bu abrədə “The New York Post” məlumat yayıb. Donald Tramp və ailəsi Ağ Evin interyerinin və bağının təmirinə ciddi yanaşıblar.

Qızıl fincanlar, qablar, mələk fiqurları, zərli kamin bəzəkləri, Oval Ofisdə zərli güzgülər və çərçivələr, hətta lampalarda da qızıl. ABŞ prezidenti bu mühiti çox bəyənir.

Bütün bunlar yaxın vaxtlarda yox idi.

İlham mənbəyi Trampın günəşli Palm Beachdəki (Florida) Mar-a-Laqo iqamətgahıdır. İqamətgah dəbdəbəli “Qaraçı Barokkosu” üslubunda bəzədilmişdir: bol qızıl və zər, ağır pərdələr, həddindən artıq zəngin və iddialı dekorasiya.

“Bu, mənim inkişaf etdirici instinktlərimi ortaya qoyur”, – Tramp deyib.

Tramp həmçinin Bill Klinton və Corc Buşun portretlərini Oval Ofisdən çıxarıb, onun xoşuna gəlməyən prezidentlərin portretləti indi pilləkənlərin yanında asılır.

Nəşr istehza ilə qeyd edib ki, Bayden “zirzəmiyə düşə bilər”.

ABŞ prezidenti Ağ Evdə yeni “möhtəşəm bal zalı” tikməyi də planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az