Donuz əti ilə yəhudi kolbasası ailənin dağılmasına SƏBƏB OLDU – FOTObackend

Donuz əti ilə yəhudi kolbasası ailənin dağılmasına SƏBƏB OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada qadın ərəb ərinə yəhudi kolbasası yedizdirib və bu da onların evliliyini pozub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Mayın 29-da axşam saatlarında Moskvadakı mənzildə masa arxasında ərəb-İsrail münaqişəsinin yerli raundu başlayıb.

Səudiyyə Ərəbistanından olan Şadi Abuzayd, arvadı Raisa və onların 9 yaşlı oğlu sakitcə yemək yeyərkən, kişi stolun üzərində arvadının aldığı “yəhudi” etiketli kolbasa görüb.

Tərkibində donuz əti görüb əsəbiləşib və qadına hücum edib. O, kolbasasını arvadına atıb, bundan sonra onu təhqir edib qışqırmağa başlayıb.

Raisa Şadini itələyib, o da qadını döyməyə başlayıb. Raisa onu pəncərəyə dırmaşaraq çölə atılmaqla hədələyib.

Lakin onun belə çılğınlıq etməyə cəsarəti çatmayıb və polisə müraciət edib. Polislər mənzilin qapısına yaxınlaşanda Şadi arvadını qapıdan çölə atıb və uşaqlarla birlikdə içəri girib.

Raisa polislə gedib, tibb məntəqəsindəki döyülmələri lentə alıb və ərinin əleyhinə ifadə yazıb.

Onun sözlərinə görə, ən təhqiredicisi oğlunun reaksiyası olub. O, atasını tam dəstəkləyib və anasının günahkar olduğunu deyib: o, “yəhudi” kolbasasını almamalıydı, həm də donuz əti ilə.

Xuraman Etibarlı

İnterpress.az