Ümumdünya Ərzaq Proqramı (WFP) humanitar əməliyyatların əhatəsini genişləndirmək və qarşıdakı 2 ayda 1,1 milyon insana ərzaq yardımı çatdırmaq üçün hər gün 40 yük maşınının Qəzzaya girməli olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ümumdünya Ərzaq Proqramı tərəfindən edilən yazılı açıqlamada Qəzzada böyük yanacaq qıtlığının yaşandığı, bunun da ərzaq yardımının dayandırılmasına səbəb olacağı, yanacaq tədarükü olmadıqda isə WFP ilə işləyən çörək zavodlarının çörək istehsal edə bilməyəcəyi bildirilib.
Açıqlamada Qəzza xalqının yaranan böyük ehtiyacların qarşılanması üçün davamlı yardıma ehtiyacı olduğu, yanacağın təkcə sobalar üçün deyil, həm də Rəfah Sərhəd Qapısından daxil olan yardımların müvafiq yerlərə çatdırılması üçün lazım olduğu bildirilib.
Ümumdünya Ərzaq Proqramının bəyanatında, proqramın humanitar əməliyyatlarının əhatəsini genişləndirməsi və qarşıdakı 2 ayda 1,1 milyon insana ərzaq yardımı çatdırması üçün hər gün 40 yük maşınının Qəzzəyə daxil olmasının vacibliyi vurğulanıb. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini oktyabrın 26-da Britaniyanın “The Guardian” qəzetində dərc olunan məqaləsində oktyabrın 7-dən əvvəl hər gün təxminən 500 yük maşınının Qəzzaya daxil olduğunu bildirib. Onlardan 45-nin yanacaq daşıyan yük maşınları olduğunu bildirib.