Rusiyada dünyanın ən böyük təhsil forumlarından biri olan “Gələcəyin formalaşdırılması” öz işinə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kazanda dünyanın ən böyük təhsil forumlarından biri olan “Gələcəyin formalaşdırılması” öz işinə başlayıb
Hər qitədən onlarla təhsil naziri Rusiyada dünya təhsilinin gələcəyini müzakirə etmək üçün gəlib.
Üçüncü Forum Rusiya Federasiyası, Tatarıstan Respublikası Təhsil Nazirliyi və “Mənim Tarixim” Fondu tərəfindən yüksək beynəlxalq standartlara uyğun təşkil olunur.
Xuraman Etibarlı
İnterpress.az