Dünyanın ən nadir XƏSTƏLİYİ: Ağrı, aclıq və yuxu hissi olmayan qız – FOTObackend

Dünyanın ən nadir  XƏSTƏLİYİ: Ağrı, aclıq və yuxu hissi olmayan qız – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə nadir genetik sindromlu qızın ağrı, aclıq və yuxu hissi yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

İngiltərədə yaşayan Oliviya Farnsvort dünyada 6-cı xromosomanın deleksiyası diaqnozu qoyulan yeganə tanınmış insandır.

Bu nadir genetik pozuntu ona ağrı hiss etməmək, aclıq duymamaqyuxu ehtiyacının olmaması kimi qeyri-adi xüsusiyyətlər verir.

2016-cı ildə Oliviyanı maşın vurmasına baxmayaraq, o heç bir ağrı hiss etməyib və yalnız yüngül xəsarətlər alıb. Həkimlər bu halı sindromun birbaşa təsiri kimi qiymətləndiriblər.

Alimlər bildirir ki, xəstəlik çox nadir olduğu üçün tam şəkildə öyrənilməyib və Oliviyanın vəziyyəti dünyada tibbin ən qeyri-adi hadisələrindən biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az