Dünyanın nizamı çökə bilər.
İnterpress.az xəbər verir ki, bunu Pakistanın keçmiş xarici işlər naziri Hina Rabbani Khar deyib. O bildirib ki, Qərb İsrailin baş naziri Netanyahunun həbsinə dair BCM-nin orderinə məhəl qoymasa və Rusiyaya qarşı sanksiyaları davam etdirsə, beynəlxalq nizam dağılacaq.
“Qərb BCM-nin İsrailin baş naziri Netanyahunun həbsinə dair orderinə məhəl qoymasa, eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, dünya nizamı çökəcək”, – Rabbani Khar vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az