Effektiv kadr əvəzinə partlayış: Çəkiliş meydançası alovlara büründübackend

Effektiv kadr əvəzinə partlayış: Çəkiliş meydançası alovlara büründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya paytaxtında film çəkilişləri zamanı yanğın baş verib.

İnterpress.az -ın əldə etdiyi məlumata görə bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

Əvvəlcə pirotexniki vasitələrdən istifadə edərək idarə olunan kiçik yanğın planlaşdırılıb, ancaq alov digər tikililərə yayılıb. Nəticədə çəkiliş qrupu hadisə yerinə yanğınsöndürənləri çağırmalı olub. Onlar gələnə kimi isə çəkiliş qrupu tikililərin içərisində olan qaz balonlarını müstəqil şəkildə çıxarıblar.

Ümumilikdə 800 kvadrat metr ərazi yanıb. Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğın artıq söndürülüb.

İnterpress.az