Efiopiyada son 2 ayda başlayan malyariya epidemiyasında 36 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Addis Standard-ın məlumatına görə, virus ölkənin Oromiya bölgəsində çoxlu sayda insanın ölümünə səbəb olub.
Son 2 ayda virusa görə 36 nəfər dünyasını dəyişib.
Efiopiyada malyariya epidemiyası başlayandan bəri 10 mindən çox insan müalicə alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, malyariyadan ən çox qidasız uşaqlar və analar əziyyət çəkir.
Ötən il ölkədə vəba epidemiyası nəticəsində 200-dən çox insan həyatını itirib.