Əfqanıstan səfirliyi Moskvaya minnətdarlığını bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik nümayəndəlikdən məlumat verilib.
Əfqanıstan səfirliyi Rusiyada Taliban fəaliyyətinə qoyulan qadağanın dayandırılması qərarını alqışlayıb və Moskvaya minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gündən Rusiya Ali Məhkəməsi ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanı dayandırıb.
Xuraman Etibarlı
İnterpress.az