Əfqanıstan XİN yaxınlığındakı partlayışda yaralıların sayı 40-ı keçib, onlarla insan ölübbackend

Əfqanıstan XİN yaxınlığındakı partlayışda yaralıların sayı 40-ı keçib, onlarla insan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtında Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışdan sonra 40-dan çox yaralı Kabildəki cərrahiyyə mərkəzinə aparılıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Dünən hadisə nəticəsində 21 nəfərin həlak olduğu bildirilib. Ölənlərin çoxu müvəqqəti hökumətin Xarici İşlər Nazirliyi və Mədəniyyət və İnformasiya Nazirliyində çalışıb, “Taliban”ın 3 üzvü də həlak olanlar arasındadır.

Qeyd olunur ki, xəsarət alanların sayı artmaqda davam edir. Əfqanıstanın fövqəladə xidmət direktorunun sözlərinə görə, o qədər çox yaralı var ki, tibb mərkəzi hətta mətbəxlərdə və yeməkxanada xəstələr üçün çarpayılar quraşdırmalı olub.