Əfqanıstanda ilin əvvəlindən bəri 6-cı poliomielit hadisəsi aşkarlanıbbackend

Əfqanıstanda ilin əvvəlindən bəri 6-cı poliomielit hadisəsi aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban müvəqqəti hökumətinin Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin şərqindəki Nangerhar əyalətinin Hogyaney rayonunda yeni poliomielit hadisəsinin qeydə alındığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Açıqlamada qeyd olunub ki, ilin əvvəlindən ölkədə poliomielitlə yoluxma hallarının sayı 6-ya yüksəlib.

Bu il Nangerhar əyalətinin Behsud, Kot, Nazyan, Bati Kot və Dur Babai rayonlarında bir poliomielit hadisəsi aşkar edilib və uşaqlardan biri dünyasını dəyişib.

Digər tərəfdən, Səhiyyə Nazirliyindən verilən açıqlamada, 25 sentyabrda iflic xəstəliyinə qarşı ümummilli səfərbərliyin başladığı bildirilib.

Açıqlamada kampaniya çərçivəsində 5 yaşa qədər 11 milyon uşağın peyvənd ediləcəyi, səfərbərlik zamanı uşaqlara poliomielit peyvəndi ilə yanaşı, A vitamini əlavələrinin də veriləcəyi bildirilib.

Əvvəllər dünyanın bir çox ölkəsində müşahidə edilən poliomielit xəstəliyinə yoluxma halları effektiv peyvənd kampaniyaları sayəsində xeyli azalıb.

Hazırda poliomielit yalnız peyvənd əldə etmək imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda endemikdir.

Əfqanıstanda 2020-ci ildə 56, 2021-ci ildə 4, 2022-ci ildə 2 poliomielit hadisəsi aşkar edilib.

Ölkədə uzun illərdir davam edən qarşıdurmalar və təhlükəsizlik problemləri xəstəliklərin artmasının səbəblərindəndir.