Əfqanıstanın Pol-e-Xomri şəhərində bir məsciddə cümə namazı vaxtı həyata keçirilən hücumda ölən və yaralananların olduğu açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Pol-e-Xomri şəhərində məsciddə cümə namazı zamanı bombalı hücum həyata keçirilib. Bağlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi deyib ki, partlayış İmam Zaman məscidində olub.
Haşimi ölən və yaralananların sayı ilə bağlı dəqiq rəqəm açıqlamasa da, təfərrüatların ilk qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.