Əfqanıstanda partlayışlar: Üç ölü, 12 yaralıbackend

Əfqanıstanda partlayışlar: Üç ölü, 12 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Kabildə baş vermiş partlayışlar nəticəsində ən az üç nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Şəhərin müxtəlif yerlərində baş vermiş partlayışların hər ikisi sərnişin avtobuslarını hədəfə alıb.

Partlayışlar təxminən bir saat ara ilə baş verib.

Yerli polisin məlumatına əsasən, təkcə bu ay ərzində Əfqanıstanda baş vermiş analoji insidentlər nəticəsində 125 nəfər həlak olub.

 

 

İnterpress.az