Əfqanıstanda saxlanılan 4 Britaniya vətəndaşı sərbəst buraxılıbbackend

Əfqanıstanda saxlanılan 4 Britaniya vətəndaşı sərbəst buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Xarici İşlər Nazirliyi Əfqanıstanda saxlanılan 4 Britaniya vətəndaşının azad edilməsini alqışlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Əfqanıstan qanunlarını pozduqları” səbəbi ilə saxlanılan 4 Böyük Britaniya vətəndaşının azad edilməsinin ölkədəki mövcud rəhbərlik tərəfindən müsbət qarşılandığı və təqdir edildiyi vurğulanıb.

“Britaniya vətəndaşlarının ailələri adından Əfqanıstandakı mövcud administrasiyadan ölkə qanunlarını pozduğuna görə üzr istəyirik”, – bəyanatda deyilir.

Bəyanatda bütün Britaniya vətəndaşlarının xaricdə Böyük Britaniyanın müvafiq antiterror qanunvericiliyinə əməl etməli və səfər etdikləri ölkənin bütün qanunlarına əməl etməli olduqları xatırladılıb və Britaniya hökumətinin bu hadisədən təəssüfləndiyi vurğulanıb.

Açıqlamada Britaniya vətəndaşlarının nədə ittiham olunduğu barədə məlumat qeyd edilməyib.