Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 120-yə çatıbbackend

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 120-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 120-yə yüksəlib, yaralıların sayının 1000-i keçdiyi qeyd edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əfqanıstanın Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin Herat vilayətinin müdiri Mövləvi Musa Aşari Heratda baş verən zəlzələlərdən sonra dağıntılar altında hələ də insanların olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Aşari zəlzələlər nəticəsində indiyədək 120 nəfərin öldüyünü, yaralananların sayının isə 1000 nəfəri keçdiyini bildirib.

Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik Heratın Zindecan rayonunda 7 kəndin zəlzələlər nəticəsində ciddi ziyan gördüyünü və itkilərin sayının artdığını qeyd edib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, səhər saat 11.00-a olan məlumata görə, Heratda 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3 bal gücündə zəlzələlər qeydə alınıb. Əfqanıstanın İranla sərhədində 4,8, sonra isə 4,9 bal gücündə bir çox zəlzələ baş verib.

Ötən ilin iyununda Əfqanıstanın Pktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200-ə yaxın insan həyatını itirib.