Əfqanıstanın birinci vitse -prezidenti ölkəni tərk etməyəcəkbackend

Əfqanıstanın birinci vitse -prezidenti ölkəni tərk etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın birinci vitse -prezidenti Əmrullah Saleh ölkəni və xalqını tərk etməyəcəyini bəyan edib.

Bu barədə Əmrullah Saleh özünün tvitter səhifəsində yazıb.

“Mənim torpağımda. Xalqımla. Əsl səbəb və məqsədlərlə, möhkəm inamla. Bizim qanuniliyimiz zülm və qəddar diktaturaya qarşı durmaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, “Taliban” Kabilə daxil olana yaxın Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verib. O, ailəsi və iki köməkçisi ilə birgə ölkəni tərk edib.