Əhməd əl-Şara Suriya ilə bağlı tarixi qərarı ALQIŞLADI – VİDEObackend

Əhməd əl-Şara Suriya ilə bağlı tarixi qərarı ALQIŞLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılıb.

İnterpress.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əl-Şaraa bildirib.

Əl-Şaraa Suriya xalqını ölkənin rəsmi olaraq terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması münasibətilə təbrik edib.

O, bu qərara görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib və qərarı “tarixi” adlandırıb.

Suriya Prezidenti həmçinin ölkəsinə və Suriya xalqına dəstək göstərən bütün dost və müttəfiqlərə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Suriya uzun müddət ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısında yer alıb.

Xuraman Etibarlı

İnterpress.az