Əkrəm İmamoğlu Daxili Təhlükəsizlik İdarəsinə aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Əkrəm İmamoğlu Daxili Təhlükəsizlik İdarəsinə aparılıb.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün səhər saatlarında saxlanılıb.
İstanbul valiliyi nümayişləri, mitinqləri və mətbuata açıqlamaları qadağan edib.
İnternetə və sosial şəbəkələrə giriş məhduddur.
Xuraman Etibarlı
İnterpress.az