Türkiyə dərhal NATO-dan ÇIXMALIDIR! – VİDEObackend

Türkiyə dərhal NATO-dan ÇIXMALIDIR! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə NATO-dan çıxmalıdır!

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində Rifah Partiyası sədrinin müavini, millət vəkili Mehmet Aşıl deyib.

O, Türkiyənin NATO-dan dərhal çıxmasına çağırış edib.

“İncirlik Hava Bazası dərhal bağlanmalıdır!”, – deputat deyib.

İncirlik Türkiyənin cənubunda ABŞ və NATO tərəfindən istifadə edilən əsas hava bazasıdır.

Onun bağlanması ABŞ-nin bölgədəki hərbi mövcudluğunun ciddi şəkildə məhdudlaşdırılması demək olardı.

Daha sonra siyasətçi “Kürəcikdəki RLS dərhal bağlanmalıdır!”, fikrini səsləndirib.

Kürəcik Türkiyədə NATO-nun erkən xəbərdarlıq radarının yerləşdiyi yerdir.

Stansiyanın bağlanması NATO-nun bölgədəki raketdən müdafiə sistemini zəiflədəcək.

Çəxışının sonunda Aşıl “ABŞ-nin ölkəmizdəki hərbi mövcudluğu dərhal dayandırılmalıdır!”, tələbini irəli sürüb.

Bu, Amerika hərbi qüvvələrinin və obyektlərinin Türkiyə ərazisindən tamamilə çıxarılmasına çağırışdır.

Sonunda Türkiyə-Amerika münasibətlərində və regionda strateji balansda köklü dəyişiklik demək olardı.

Xuraman Etibarlı

İnterpress.az