İşdə qeybət faydalıdır və ən yaxşı məlumat mənbəyidir – ARAŞDIRMAbackend

İşdə qeybət faydalıdır və ən yaxşı məlumat mənbəyidir – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeybət işdə faydalıdır və ən yaxşı məlumat mənbəyidir.

İnterpress.az xəbər verir ki, bununla bağlı konsaltinq firması tərəfindən araşdırma aparılıb.

Müşahidələr zamanı iş yerində dedi-qoduların bir sıra üstünlükləri ortaya çıxıb:

• Onlar iş yerində qeyri-müəyyənliyi azaldır – siqaret çəkən otaqda və ya istirahət zamanı həmkarlar ilə ünsiyyət stressi aradan qaldırır və yeniliklərdən xəbərdar olmağa imkan verir;

• İşçilərə xəbərləri əvvəlcədən öyrənməyə imkan yaradır – bu, mümkün problemlər və münaqişələrə əvvəlcədən hazırlaşmaq imkanı verir;

• İşçilər həmişə öz narazılıqlarını birbaşa rəhbərlərinə bildirmirlər, lakin ürəklərini həmkarlarına çatdırmaqdan məmnundurlar – bu, stressi və neqativliyi azaltmağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az