Bir neçə gün əvvəl Tümendə yoxa çıxan idman jurnalisti Aleksandr Kruqlov tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “LizaAlert” axtarış-xilasetmə qrupu məlumat verib.
O, biatlon yarışını işıqlandırmaq üçün gəldiyi yerdə tapılıb.
Bir neçə gündür şəhərdə və onun ətrafında könüllülər tərəfindən axtarılan Nijni Novqoroddan olan idman jurnalisti və videobloqer Aleksandr Kruqlov Tümen otellərindən birində sərxoş vəziyyətdə tapılıb.
Xuraman Etibarlı
İnterpress.az