Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən casus missiyasının yeni görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı Laçın və Zəngilan istiqamətlərində sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri yayılıb#sərhəd #avropaittifaqı #Aİmissiyası #xəbər #xəbərlər #xeber #azərbaycan #reportaz pic.twitter.com/vC2XW0kT1h
— Report.az (@reportnewsaz) March 17, 2025