İmamoğlunun saxlanılması ilə türk lirəsi dollara nisbətdə ucuzlaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Türk lirəsi ABŞ dolları qarşısında daha bir tarixi minimuma enərək, 1 dollar 37,5 lirəyə çatıb.
Türkiyə lirəsinin devalvasiyası İstanbulun müxalifətçi bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi fonunda baş verib.
ABŞ Dolları/Türk Lirəsi məzənnəsi:
$1 – ₺37,50
$1 – ₺37.00 19.03.2025 idi
$1 – ₺36.00 02.03.2025-ci il idi
Xuraman Etibarlı
İnterpress.az