Almaniya və Britaniya Qəzza ətrafında eskalasiyadan narahatdır.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya və Böyük Britaniyanın Xarici İşlər Nazirlikləri bəyanat yayıb.
“Hərbi əməliyyatların bərpası Qəzza üçün birlikdə sülh yolu tutmaq istəyən ərəb dövlətlərinin müsbət səylərini təhdid edir”, – Almaniyanın XİN rəhbəri Berbok bildirib.
Böyük Britaniyanın Xarici İşlər Naziri Lammi də narahatlığını ifadə edib:
“İsrailin son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində mülki vətəndaşların itkilərinin sayı dəhşətlidir.
Bütün tərəflər girovları azad etmək, yardımı artırmaq və bu münaqişəyə daimi son qoymaq üçün danışıqları bərpa etməlidir. Daha çox qan tökmək deyil, diplomatiya təmin etmək yoludur”.
Xuraman Etibarlı
İnterpress.az