Ekvadorun yeni prezidenti o oldubackend

Ekvadorun yeni prezidenti o oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərində 35 yaşlı keçmiş deputat Daniel Noboanın qalib gəldiyi təsdiqlənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səslərin 91,46 faizinin hesablandığı Ekvadorda ilkin nəticələrə görə, Milli Demokratiya Hərəkatının namizədi Noboa 52,28 faiz, solçu Xalq İnqilabının namizədi Luisa Qonzales isə 47,72 faiz səs toplayıb.

Noboa qələbə nitqində sabahdan etibarən yeni Ekvador üçün çalışacaqlarını ifadə edib: “Sabahdan yeni bir ümid başlayır və respublikanın yeni prezidenti Daniel Noboa sabahdan etibarən işə başlayır”.

Nəticələr yekunlaşdıqdan sonra Qonzales məğlubiyyətini etiraf edərək demokratiyanın qalib gəldiyini söyləyib.

Milli Seçki Şurasının (CNE) prezidenti Diana Atamaint də seçki qutularının 90 faizindən çoxunun açıldığını və Noboanın seçkiləri qabaqlayacağına əmin olduğunu bildirib. Atamaint Ekvador vətəndaşlarını seçkilərə göstərilən marağa görə təbrik edib.

Son aylarda görünməmiş təhlükəsizlik böhranı ilə üzləşən səlahiyyətlilər, seçki təhlükəsizliyi üçün əsgər və polis də daxil olmaqla təxminən 100 min insanı təyin edib.

Seçkiləri izləmək üçün 300 beynəlxalq müşahidəçinin iştirak etdiyi bildirilib.