Əl Murid təxəllüslü erməni publisist ekstremistlər və terrorçular siyahısına əlavə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumat Rosfinmonitorinqun saytında yer alıb.
Rosfinmonitorinq ekstremistlər və terrorçular siyahısına El Murid təxəllüsü ilə tanınan publisist Anatoli Nesmiyanı da əlavə edib.
“Nesmiyan AnatoliYevgeniyeviç, 8 noyabr 1965-ci ildə anadan olub, Kiyev vilayəti, Stavişçenski rayonu, Krasilovka kəndi”, – Rosfinmonitorinq siyahısında məlumat verilir.
Publisist bir müddət əvvəl şəxsi bloqunda Crocus City Hall-da terror aktı mövzusunda yazılara görə terrora haqq qazandırmaqda ittiham olunduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az