Əl-Şaraa: Mənim tutulmağım üçün mükafat – pul itkisidirbackend

Əl-Şaraa: Mənim tutulmağım üçün mükafat – pul itkisidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim tutulmağım üçün mükafat təyin etmək – pulun boş yerə xərclənməsidir.

İnterpress.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd  əl-Şaraa ABŞ-nin onun tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollarlıq mükafat təyin etməsinə münasibət bildirib.

“Bu, sadəcə pulun boşa xərclənməsidir. Bu hadisələr 25 il əvvəl baş verib, mən o zaman 17–18 yaşında idim. İndi sizin məlumatlılıq səviyyəniz o vaxtkından tam fərqlidir”, – CBS News-a müsahibəsində əl-Şaraa deyib.

Suriya lideri bununla ABŞ-nin ona qarşı irəli sürdüyü ittihamların artıq aktual olmadığını vurğulayıb.

Jurnalistin onun İŞİD və “Əl-Qaidə” ilə münasibətlərinin kəsilməsi barədə sualına cavabında əl-Şaraa bildirib:

“Əgər onların ideyaları ilə razı olsaydım, onlardan ayrılmazdım”.

Xuraman Etibarlı

İnterpress.az