Müsəlmanları təhqir edən erməni bloqer 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİbackend

Müsəlmanları təhqir edən erməni bloqer 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloqer Arеq Şepixin 5 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvadakı Presnenski Məhkəməsi bloqer Arеq Şepixini bir neçə maddə üzrə təqsirli bilərək 5 il ümumi rejimli həbs cəzasına məhkum edib.

İstintaqın məlumatına görə, o, sosial şəbəkələrdə müsəlmanlara və çeçenlərə qarşı təhqiramiz videolar yayıb.

Bu səbəbdən onun barəsində ekstremizmə çağırış və dini ədavət yaratmaq ittihamları ilə cinayət işi açılmışdı.

Məhkəmədə Şepixin peşmançılıq ifadə edərək, gələcəkdə heç kəsi təhqir etməyəcəyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az