Əli Həsənovun rəis kürəkəni işdən çıxarıldıbackend

Əli Həsənovun rəis kürəkəni işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İ.Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir