Əmək müqavilələrinin sayında 35 faiz artım qeydə alınıbbackend

Əmək müqavilələrinin sayında 35 faiz artım qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son beş ildə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım qeydə alınıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirlik tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub: “62 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. 445 min nəfər peşəyönümü xidmətlərə, 16 min nəfər peşə hazırlığına cəlb edilib”.