Əmisi oğlunu və sevgilisini öldürən məhkum öldürücü inyeksiya ilə edam edilibbackend

Əmisi oğlunu və sevgilisini öldürən məhkum öldürücü inyeksiya ilə edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən 23 il əvvəl əmisi oğlunu və sevgilisini öldürən İvan Cantu ABŞ-da edam edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Kantunun edamı cəzasını çəkdiyi Alabama ştatının Huntsville şəhərindəki əyalət həbsxanasında ölümcül inyeksiya ilə həyata keçirilib.

Edam edilməzdən əvvəl edam otağında cinayətləri törətmədiyini iddia edən 50 yaşlı Cantu, oturduğu kresloda “aid olmadığını” sübut etmək üçün istintaqın davam etdirilməsini istəyib.

Polis Cantunun evində qurbanların DNT-si ilə uyğun gələn qanlı şalvar tapıb və qətllərdə istifadə edilən silahın maqazinində barmaq izləri tapıb.

Cantu 2000-ci ildə əmisi oğlu 27 yaşlı Ceyms Mosqueda və onun sevgilisi 22 yaşlı Emi Kitçeni öldürməkdə təqsirli bilinib.

İki nəfəri vəhşicəsinə öldürdüyü üçün ölüm cəzasına məhkum edilən Cantu məhkəmədəki ifadəsində əmisi oğlunun pul üstündə mübahisə etdiyi narkotik alverçisi tərəfindən öldürüldüyünü iddia edib.