Bu ilin yanvar-sentyabr aylarında Energetika Nazirliyi “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 190 icazə verib.
İnterpress.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, onlardan 136-ı ixrac nəzarətinə düşən malların idxalı, 6-ı ixracı, 48-i isə tranziti ilə bağlı olub.
9 ay ərzində 172 icazənin verilməsi 5 saylı, 18 icazənin verilməsi isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Ötən aydan icazələr 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə verilir.