Ərdoğan: “320 milyard kubmetr təbii qaz kəşf etmişik”backend

Ərdoğan: “320 milyard kubmetr təbii qaz kəşf etmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muştuluğu sizinlə paylaşmaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə gerçəkləşdirdi”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Fateh kəşfiyyat gəmisinin iyulun 20-də başladığı kəşfiyyatda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edib. Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir”, – dövlət başçısı vurğulayıb.

 

İnterpress.az