Ərdoğan İlon Maskla danışıbbackend

Ərdoğan İlon Maskla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskla videokonfrans vasitəsilə danışıb.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüş zamanı Türkiyədəki dövlət və özəl sektor qurumları ilə adıçəkilən şirkətlər arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar üzrə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Görüş zamanı həmçinin elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə olunub, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar dəyərləndirilib.

Videokonfransda Türkiyənin yerli elektrik avtomobili olan TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar da gündəmə gətirilib və Türkiyənin cari ilin yanvar ayında kosmosa göndərdiyi TÜRKSAT 5-A peykindən sonra TÜRKSAT 5-B peykinin buraxılışı prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirilən digər işlərə də diqqət çəkib.