Ərdoğan Ukraynaya səfər edəcəkbackend

Ərdoğan Ukraynaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

“Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, – sözçü bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir: “Prezident Ərdoğan hər iki lideri (Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski – “Report”) problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də bir NATO müttəfiqi olaraq edirik”.