Ərəbistanda körpələrə zorakılıq edən tibb işçisi 5 il müddətinə azadlıqdan məhrum edilibbackend

Ərəbistanda körpələrə zorakılıq edən tibb işçisi 5 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında yeni doğulmuş körpələrə qarşı zorakılıq tətbiq edən tibb işçisi 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Baş Prokurorluğun səlahiyyətlərinə əsaslanaraq, ölkədəki sağlamlıq mərkəzinin neonatal şöbəsində çalışan qadın işçi haqqında körpələrə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə tədbir görülüb.

Yeni doğulan bölmədə kamera qeydlərinin araşdırılması nəticəsində 11 körpəyə fiziki zorakılıq tətbiq etdiyi aşkarlanan məmur nəzarətə götürülərək aidiyyəti üzrə istintaqa cəlb edilib.

Körpələrə dəfələrlə etdiyi zorakılığa səbəb kimi “iş stresi”ni göstərən tibb işçisi 5 il həbs və 100 min rial (təxminən 26 min 600 dollar) cərimə olunub.

Sözügedən tibb işçisinin kimliyi və işlədiyi rayon barədə məlumat verilməyib.