Əri tərəfindən öldürülən qızın qayınatası: “Nə baş verdiyini bilmirəm, oğlum əsəbi insan idi”backend

Əri tərəfindən öldürülən qızın qayınatası: “Nə baş verdiyini bilmirəm, oğlum əsəbi insan idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Saqareco rayonunda qeyri-rəsmi nikahda olduğu həyat yoldaşını qətlə yetirən axərbaycanlı Əli Aslanovun atası hadisə haqqında məlumat verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə k, qətli törədən şəxsin atası cütlüyüm iki aydır evli olduğunu bildirib.

Yerli sakinlərin sözlərinə görə, qətldə təqsirləndirilən şəxs əmisi oğlunun toy xərclərini ödəməli olub. Ər toya hazırlıq zamanı qızı güllələyib.

Qətldə təqsirləndirilən şəxsin atası bildirib ki, nikah qızın valideynlərinin razılığı ilə olub.

“Bildiyimə görə, onların münasibəti yaxşı idi. Qız da mülayim qız idi. Qızın valideynləri də bu nikahdan razılıq edirdilər. Mən orada nə baş verdiyini bilmirəm, heç kim bilmir. Yəqin ki, oğlum təzə silah alıb. Silahı haradan götürdüyünü bilmirəm, polis onu axtarır, biz də axtarırıq. Oğlum əsəbi insan idi” – deyə təqsirləndirilən şəxsin atası bildirib.