Erməni deputatlar hökuməti və Xarici İşlər Nazirliyini MƏHKƏMƏYƏ VERDİbackend

Erməni deputatlar hökuməti və Xarici İşlər Nazirliyini MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni deputatlar Ermənistan hökumətini və Xarici İşlər Nazirliyini məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Kristine Vardanyan Facebook-da yazıb.

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatları Kristine Vardanyan, Anna Qriqoryan, Qeqam Manukyan və Artur Xaçatryan hökumətə və Xarici İşlər Nazirliyinə qarşı birgə iddia qaldırıblar.

Deputatlar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanla müzakirə olunan saziş layihələri ilə tanış olmalarını qadağan edən 14 mart tarixli məktubunun qanunsuz elan edilməsini tələb edirlər.

Xuraman Etibarlı

İnterpress.az