“Erməni hərbçi borca görə intihar edib” – Erməni mediasıbackend

“Erməni hərbçi borca görə intihar edib” – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən meyiti tapılmış müqaviləli erməni əsgər Artak Avalyanın ölümünün səbəbləri ilə bağlı təfərrüatlar ortaya çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xəbər verdiyimiz kimi, mayın 7-də saat 14:00 radələrində hərbi hissənin ərazisində müqavilə ilə xidmət edən erməni əsgərin güllə yarası ilə meyiti tapılıb.

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu Artak Avalyan borca ​​görə intihar edib.

Media yazır ki, ilkin versiyaya görə, hərbçi intihar edib. Səbəb onun həssas sosial mövqeyi və yığılmış borcları olub.

Özünü öldürən müqaviləli əsgər Tavuş rayonunun Azatamut kəndindəndir.

Xuraman Etibarlı

İnterpress.az