Erməni hərbçinin hərbi hissədə meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu gün, mayın 7-də hərbi hissənin ərazisində erməni podratçının güllə yarası ilə meyiti tapılıb.
Faktı Müdafiə Nazirliyi təsdiqləyib.
Ölən erməninin 1985-ci il təvəllüdlü Artak Avalyan olduğu məlum olub, hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az