Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…backend

Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki sutkadır, Şuşa şəhərinin girəcəyində və ətrafında intensiv döyüşlər gedir. Bu barədə erməni mənbələri məlumat yayıblar. Bunu yerlərdə olan bir neçə xarici jurnalist də təsdiq edir.

Eyni zamanda, Laçın-Şuşa yolunda hərbi toqquşmaların olduğu bildirilir. Erməni KİV-in məlumatına görə, azərbaycanlı iki xüsusi təyinatlı qrup yolu bloklayıblar.

Erməni qoşunların Şuşa və Xankəndidəki mövqeləri intensiv atəşə tutulur, lakin erməni KİV bunu mülki obyektlərin atəşə tutulması kimi təqdim edir.

Erməni mənbələrinə görə, son günlər Azərbaycan Silahlı Qüvvələri Şuşa istiqamətində xeyli sayda canlı qüvvə toplaya bilib və ermənilərin mane olmaq cəhdlərinə baxmayaraq, onu genişləndirməyə davam edirlər.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanesyan dünən bəyan edib ki, Azərbaycan ordusu Şuşa şəhərini götürməyi və noyabrın 9-da şəhər üzərində öz bayrağını ucaltmağı planlaşdırır.

 

İnterpress.az