Erməni sakinlər Azərbaycan kanallarını izləyəcəklərbackend

Erməni sakinlər Azərbaycan kanallarını izləyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni sakinlər bundan sonra Azərbaycanın mobil operatorları ilə danışıb, AzTV, İctimai Tv və digər yerli kanallara baxacaqlar.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O xatırladıb ki, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvləri oktyabrın 2-də Xankəndinə səfər edəcək və şəhərin təsərrüfat, kommunal və digər məsələləri yerində həll ediləcək.

“Yenidən Yevlaxa gələn erməni əhalisinin nümayəndələri isə mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkil edilməsini xahiş ediblər. Erməni sakinlər bundan sonra Azərbaycanın mobil operatorları ilə danışıb, AzTV, İctimai Tv və digər yerli kanallara baxacaqlar. Xankəndində yayım bərpa olunduqdan sonra Xocalı soyqırımı da daxil olmaqla erməni qatillərin törətdiyi cinayətlərin kadrları məxsusi olaraq erməni əhalisinin maariflənməsi üçün nümayiş etdirilməlidir”.