İrəvanda it davası ölümlə bitib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Mayın 30-da saat 22:34-də tibb mərkəzindən paytaxtın “Axtanak” rayon sakini 32 yaşlı kəsilmiş-deşilmiş xəsarətlə klinikaya daxil olması barədə məlumat daxil olub.
Məlum olub ki, zərərçəkən də daxil olmaqla bir qrup şəxs “Axtanak” rayonunda itin hücumu ilə bağlı mübahisə edib və nəticədə əlbəyaxa dava olub.
Hadisədən sonra iştirakçılar avtomobillərdə bir-birini təqib etməyə başlayanda onlardan biri BMW markalı avtomobildə olan 42 yaşlı qadını və onun 2 yaşlı oğlunu vurub.
Qadın ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib.
Polis bütün halların, o cümlədən BMW sürücüsünün şəxsiyyətinin aydınlaşdırılması üçün tədbirlər görür.
Xuraman Etibarlı
İnterpress.az