Ermənistan Azərbaycandan üzr istəyəcək – Rusiyalı politoloqbackend

Ermənistan Azərbaycandan üzr istəyəcək – Rusiyalı politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan nə vaxtsa Qarabağa görə Azərbaycandan üzr istəyəcək.

İnterpress.az xəbər verir ki, bunu rusiyalı politoloq və diplomat Aleksandr Perenciyev “Moskva-Baku” agentliyinə müsahibəsində deyib.

“Paşinyan əvvəllər nə desə də, onun hakimiyyəti dövründə sülhsevər səhifə başladı. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı, sərhədlərin delimitasiyası prosesi başladı, sülh müqaviləsinə hazırlıq bağlandı.

“Qarabağ klanı”nın işğalçılarının mövqeyini nəzərə alsaq, belə perspektivlər mümkün idimi? Çətin ki.

Eyni zamanda, inanıram ki, Ermənistan nə vaxtsa Qarabağa görə Azərbaycandan üzr istəyəcək. Bu, düzgün və məntiqli olardı”, – Perenciyev bildirib.

Xuraman Etibarlı

İnterpress.az